AZ

Lombardlar daha qızılı götürüb QAÇA BİLMƏYƏCƏKLƏR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Maliyyə bazarının tənzimlənməsi və istehlakçıların hüquqlarının qorunması istiqamətində aparılan islahatlar davam edir.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir.

Bəs lombardlarla bağlı yeni normativ-hüquqi baza hansı əsas dəyişiklikləri gətirə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, tətbiq ediləcək yenilik bir çox problemi aradan qaldırcaq:

“Keçirilən konfransda lombardlarla bağlı məsələni mən qaldırdım ki, niyə bu proses bu qədər gecikir. Çünki bu layihə 2017-ci ildən var. Taleh Kazımov dedi ki, bunun ilkin layihəsi 2017-ci ildə olanda sərt qaydalar vardı.

Yəni lombardlara çox sərt tələblər qoyulmuşdu, lisenziya və s. Amma indi elə olmayacaq. Əsas diqqət istehlakçıların hüquqlarının qorunmasına yönələcək.

Ölkədə təxminən 4 000 lombard var. Heç Mərkəzi Bankın imkanı da yoxdur ki, onlara nəzarət etsin. Bu qanun daha çox istehlakçı hüquqları ilə bağlı olacaq. Hesab edirəm ki, həqiqətən də lazımlı qanundur”.

Ekspert qeyd edib ki, lombardlar istehlakçı hüquqlarını bir çox hallarda kobud şəkildə pozur:

“Həm qızılları qaytarmırlar, vətəndaş krediti ödəməyəndə məhkəməsiz qızılı satışa çıxarırlar. Lombardlarla bağlı xeyli problemlər var. Hələlik gözləyirik ki, yeniliklər bu problemləri həll etsin. 

Amma belə başa düşülməsin ki, lombardlar üzərində Mərkəzi Bankın sərt nəzarəti olacaq, əksinə belə hal olmayacaq. Ümumilikdə isə gözlənti odur ki, yeni qanun lombard sektorunda mövcud problemlərin aradan qaldırılmasına və istehlakçı hüquqlarının daha effektiv qorunmasına xidmət etsin”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

Lombardlar Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr