AZ

Bakının kommersiya daşınmaz əmlak bazarında qiymətlər sabit qalıb

Paytaxt Bakının kommersiya daşınmaz əmlak bazarı aprel ayında 100 səviyyəsində sabit qalaraq 0 faiz dəyişiklik nümayiş etdirib.

Marja xəbər verir ki, bu, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin aprel ayı üzrə daşınmaz əmlak indekslərində bildirilir.

Qeyd edilib ki, bu seqmentdə qiymət davranışları obyektlərin tipologiyasına görə ciddi fərqlilik göstərir. Premium kiçik sahəli obyektlərdə yüksək qiymət səviyyəsi qorunub saxlanıldığı halda, iri sahəli və anbar tipli obyektlərdə daha aşağı və sabit qiymət diapazonu müşahidə olunur. Bu struktur fərqlər bazarın ümumi sabitlik göstəricisini formalaşdıran əsas amillərdən biridir.

Seçilən
54
2
marja.az

3Mənbələr