Çempionlar Liqasında finala yüksələn “Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzadacaq.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubunun rəhbərliyi mövsümün sonunda ispaniyalı mütəxəssislə danışıqlara başlayacağı bildirilib.
Artetanın hazırki müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Çempionlar Liqasında finala yüksələn London klubu İngiltərə Premyer Liqasında da sona üç tur qalmış liderdir.