AZ

Azərbaycanın 4 qat Avropa çempionu: "İllər keçsə də, rekordlarla xatırlanmaq istəyirəm"

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov illər sonra adının rekordlarla xatırlanmasını istəyir.

67 kq çəki dərəcəsində mübarizə aparan 4 qat Avropa çempionu bu barədə "Report"a müsahibəsində bildirib.

O, gələcəkdə daha böyük uğurlarla tanınmaq istədiyini söyləyib:

"Əlbəttə, bu, hər bir idmançının arzusudur. Gənc yaşdayam və qarşıda uzun illər var. İstəyirəm ki, karyeramın sonunda elə bir miras qoyum ki, illər keçsə də, rekordlarım xatırlansın. Məqsədim, sadəcə, iştirak etmək deyil, hər yarışda tarix yazmaqdır".

Həsrət Cəfərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Seçilən
18
far.az

1Mənbələr