AZ

Paşinyan rusiyalı oliqarxı məhkəməyə verəcək

BAKI, 7 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyana qarşı bu gün verdiyi açıqlamalarla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Mənə kaluqalı oliqarxının “bir ton halüsinogen göbələk” haqqında axmaq açıqlaması göstərildi. Əlbəttə, onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında kaluqalı oliqarxı bir ton halüsinogen göbələklə bəsləyəcəyəm. Sərt sözlərimə görə üzr istəyirəm, amma hər şeyin öz həddi var”, - Baş nazir qeyd edib.

Seçilən
41
teleqraf.com

1Mənbələr