AZ

Pakistan XİN: ABŞ İran atəşkəsinin daimi olacağına ümid edirik

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ABŞ ilə İran arasında qeyri-müəyyən müddətə uzadılmış atəşkəsin daimi olacağına ümid etdiyini bildirib.

AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Pakistanın vasitəçiliyi ilə iki ölkə arasında əvvəlcə iki həftəlik atəşkəs elan etmişdi, lakin münaqişə və onun geniş yayılmış iqtisadi nəticələri hələ də həll olunmayıb.

İslamabadda Üləma Şurası Konfransının ikinci sessiyasında çıxış edən xarici işlər naziri Pakistanın səylərinin birbaşa danışıqlara və atəşkəsə nail olmağa yönəldiyini bildirib. O əlavə edib: “Atəşkəs nəticəsində hər gün azı bir neçə yüz insanın ölümü dayanıb”. Nazir Şuranı Pakistanın səyləri üçün dua etməyə çağıraraq bildirib ki, İslamabad atəşkəsi müharibənin daimi sonuna çevirməyə çalışır.

Dar, həmçinin müsəlman dövlətlərini aralarında hər hansı bir fikir ayrılığı yaranacağı təqdirdə birləşməyə çağırıb: Onlar birlikdə çalışsa, səylərində daha güclü olacaqlarına inanıram”.

Baş nazirin müavini Pakistanın ABŞ və İranı 47 ildən sonra ilk dəfə birbaşa danışıqlara cəlb etmək rolunu da qeyd edib. O deyib: “Biz 47 ildən sonra ABŞ və İranı eyni masa arxasına oturtduq”. Nazir bunu əvvəllər Omanın vasitəçiliyi ilə baş tutan dolayı danışıqlarla müqayisə edib. O, Yaxın Şərqin digər ölkələrində ABŞ bazalarına İranın hücumları ilə bağlı da Tehranla danışıqlar apardığını və regionda gərginliyi artırdığını vurğulayaraq qeyd edib ki, regiondaxili düşmənçiliyin dayandırılması üçün müsəlman ümmətinin rolu böyükdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr