ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 0:1 hesabı ilə uduzduğu "Nottingem Forest"lə bu gün Birmingemdə cavab matçına çıxacaq "Aston Villa"nın baş məşqçisi Unai Emeri fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, ev oyunundan əvvəl təşkil edilən ənənəvi mətbuat konfransında belə danışıb:
"Yarımfinala çıxmaq böyük uğurdur. Titul qazanmaq təbii ki, çox çətindir. Titul qazanmasaq, bu bizim üçün yenilgi sayılmayacaq. Yeganə yol irəli addımlamaq, "artırmaq", bu gün və sabah yaxşı imkanlara sahib olmağı bacarmaqdır. Hə, hazırda titul qazanmaq şansımız var, amma yalnız bir komanda qalib olur. İlk görüşdən əvvəl Avropa Liqasının qalibi olmaq şansımız 25 faiz idi, indi ola bilsin ki, daha azdır, çünki uduzmağa başlamışıq.
Digər tərəfdən deyə bilərik ki, indi finala yüksəlmək ehtimalımız 50 faiz, bəlkə də bir qədər azdır. Futbol belədir və bütün yarışlara, Avropada isə bütün rəqiblərə hörmətlə yanaşmaq əsas şərtdir".
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.