AZ

DSX nin Xüsusi Məktəbində “Sərhəd” hərbi idman oyunlarının başa çatması münasibətilə tədbir keçirilib

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilən tədbir dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin qorunub, gələcək nəsillərə çatdırılması istiqamətində müəyyən etdiyi siyasi kursun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Xüsusi qeyd edilmişdir ki, müasir və qüdrətli Azərbaycanın memarı olan Ulu Öndərin ideyaları bu gün də dövlətimizin inkişaf strategiyasının əsasını təşkil edir və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.

Respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdinin cəlb olunduğu “Sərhəd” hərbi-idman oyunlarının ilk iki mərhələsinin yekunlarına görə 11 komanda 30 aprel – 05 may tarixlərində final mərhələsində mübarizələrini davam etdirmişlər.

Komandalar “Sərhəd pozucusunun yaхalanması və təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardım göstərilməsi və təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş еtdirmişlər.

“Sərhəd” hərbi-idman oyunlarının keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları təşkil edilmişdir.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutmuşdur.

Sonda qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
icma.az

5Mənbələr