AZ

Moskva İrəvanı vədini pozmaqda ittiham edib: Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq

İrəvan Rusiyaya qarşı addım atmamaq vədini pozub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez Ermənistanın Brüsselin Rusiya əleyhinə mövqeyində dönməz iştirakına gətirib çıxaracaq.

Zaxarovanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinin bəyannaməsi göstərir ki, Ermənistan hakimiyyətinin razılığı ilə respublika aqressiv Avro-Atlantik mexanizmlərinə cəlb olunur.

Seçilən
11
2
apa.az

4Mənbələr