Meta Platforms Kaliforniya məhkəməsindən sosial şəbəkələrin gənclərdə depressiyaya səbəb olması ilə bağlı verilmiş tarixi qərarın ləğvini və ya yeni məhkəmə prosesinin keçirilməsini tələb edib.
“QHT.az xarici mediaya istinadən bildirir ki,” şirkət münsiflər heyətinin çıxardığı qərarla razılaşmır və bunun qanuni əsaslarının yenidən qiymətləndirilməsini istəyir.
Məhkəmə mart ayında Meta və YouTube-un (Google) platformalarının dizaynının səhlənkar şəkildə qurulduğu və istifadəçilərə risklərin bildirilmədiyi nəticəsinə gəlmişdi. Qərara əsasən, Meta 4.2 milyon dollar, Google isə 1.8 milyon dollar təzminat ödəməli idi.
Meta isə iddia edir ki, ABŞ qanunvericiliyinə əsasən platformalar istifadəçi tərəfindən yaradılan məzmuna görə məsuliyyət daşımır və gəncin psixi sağlamlıq problemləri platformanın dizaynından deyil, baxdığı kontentdən qaynaqlanıb.
Qeyd edək ki, oxşar iddialar ABŞ-da minlərlə ailə və qurum tərəfindən sosial şəbəkə şirkətlərinə qarşı irəli sürülüb.
Zəhra Ağayeva