AZ

Mərkəzi Bankın sədri iqtisadçılarla nələri müzakirə edib? Ekspert AÇIQLADI

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Dünən Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə növbəti görüşünü keçirib. “AzPolitika” xəbər verir ki, bu barədə bank sektoru üzrə tanınmış ekspert, hüquqşünas Əkrəm Həsənov ossial şəbəkə hesabında məlumat verib.

O, bildirib ki, 14 ekspertlə 3 saatdan çox davam edən ənənəvi rüblük müzakirədə əsas mövzusu inflyasiya göstəricisi ilə bağlı olub: “Ekspertlər qiymət artımını daha az saylı malların qiyməti əsasında müəyyən edilməsinin tərəfdarıdır. Çünki Mərkəzi Bankın bugünkü metodologiyası həmçinin çoxsaylı tələbatı az olan, qiymətləri adətən bahalaşmayan malları da əhatə edir, bu da yekunda rəsmi inflyasiya səviyyəsini aşağı göstərir. Taleh müəllim bu məsələni bir daha Statistika Komitəsi ilə müzakirə edəcəyini bildirdi”.

Ə.Həsənovun sözlərinə görə, görüşdə həmçinin bankların kredit faizləri və komissiya haqları, habelə təmərküzləşmə və sağlam rəqabət, manatın məzənnəsi və bank sisteminin sabitliyi müzakirə olunub.

İqtisadçı daha özünün qaldırdığı mövzular haqda məlumat verib: “Əmək haqqı və pensiya üzrə vətəndaşların bank seçimi imkanının təmin olunması. Bu mövzunu əvvəlki görüşlərdə də qaldırmışdım. Yay aylarında məsələ həllini tapacaq: hər kəs bankını özü seçəcək;

Lizinq haqqında qanun qəbul olundu, amma lombardlar haqqında yox, halbuki sonuncular banklar üçün daha çox problem yaradır. Bildirildi ki, lombardlar haqqında qanun layihəsi artıq təqdim olunub və daha çox istehlakçıların hüquqlarının müdafiəsinə yönəlib;

Xarici valyutanın izafi likvidliyi şəraitində sərt valyuta rejiminə nə ehtiyac var? Ehtiyac varsa belə, əksər hallarda sahibkarlar pulu xaricə köçürəndən sonra 2 il ərzində malı idxal edirlər, amma sənədləşdirmədə hansısa formal və texniki problemə görə onları cərimələyirlər. Yəni detallı araşdırma aparılmır. Bildirildi ki, Mərkəzi Bankın əməkdaşlarına tapşırlıb ki, bu məsələdə məhkəmə mərhələsində sahibkarların malı idxal etdiklərini nəzərə alaraq mövqe bildirsinlər”.

Maliyyə sektorunun problemlərininn az olmadığını qeyd edən Ə.Həsənov, hər bir halda şıffaflıq və dialoq şəraitində onların çoxunu həll etməyin mümkün olduğunu vurğulayıb: “Odur ki, digər qurum rəhbərlərinə səslənirəm: ekspertlərdən qorxmayın, biz sizi ölkəmizin xoş günü naminə tənqid edirik. Buna görə də bizim yox olmağımızı arzulamayın, əməkdaşlıq edin, işinizə xeyri var ki, zərəri yoxdur. Əlbəttə, savadınız və dürüstlüyünüz lazımi səviyyədədirsə...”

Rasim Əliyev

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
azpolitika.info

1Mənbələr