AZ

ICD Azərbaycanda aqrar sektora daha irihəcmli korporativ investisiyalar yönəltməyi planlaşdırır

Hazırda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Azərbaycan ərazisindəki ən genişmiqyaslı fəaliyyəti kənd təsərrüfatı ilə əlaqəli sahələr və suvarma sektorunu əhatə edir.

"Far.Az" xəbər verir ki, bu barədə ICD-nin Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi İslam İnkişaf Bankı (IsDB) Qrupu Özəl Sektor Yol Xəritəsi (roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" adlı tədbirində bildirib.

Onun sözlərinə görə, ICD xüsusən Ağdam-Qarabağ bölgəsində aqrar sektoru, dəqiq desək, suvarma suyuna çıxışın təmin edilməsini maliyyələşdirir: "Bundan əlavə, IsDB Qrupu tərkibindəki hər bir qurumun özəl sektora dəstək göstərmək istiqamətində fərqli funksiyası mövcuddur.

ICD kənd təsərrüfatı sahəsində bilavasitə daha irihəcmli korporativ layihələrə investisiya qoyuluşu həyata keçirir. Eyni zamanda, bizim maliyyə xətti kanalımız da fəaliyyət göstərir ki, bu mexanizm vasitəsilə vəsaitlər ölkədəki kommersiya bankları istiqamətinə yönləndirilir. Əsas hədəfimiz kiçik və orta müəssisələrə, fərdi fermer təsərrüfatlarına və mikro-maliyyə institutlarına dəstək etməkdir".

Seçilən
18
far.az

1Mənbələr