AZ

Beynəlxalq Cinayət Məhkəməsi rəhbərinin İrəvana ilk səfərinin məqsədi nədir?

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane 5 may tarixində Ermənistana səfər edib. Lakin onun səfəri və keçirilən görüşlər barədə məlumat yalnız bu gün ictimaiyyətə açıqlanıb.

Publika.az xəbər verir ki, səfər çərçivəsində BCM rəhbəri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan və baş prokuror Anna Vardapetyan ilə görüşlər keçirib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, görüşlərdə beynəlxalq cinayətlərin araşdırılması üzrə prokurorların potensialının artırılması, eləcə də qurumlararası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər cinayət prosesində sübutların toplanması, həmçinin zərərçəkənlərin və şahidlərin müdafiəsi kimi vacib istiqamətlərə diqqət yetiriblər.

Ermənistan tərəfi BCM ilə birgə təlim proqramlarının həyata keçirilməsi, texniki əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi mexanizmlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Görüşlərdə həmçinin effektiv və şəffaf əməkdaşlıq mexanizmlərinin qurulması barədə razılıq ifadə olunub.

Ədliyyə naziri ilə görüş zamanı Tomoko Akane Ermənistanın Roma Statutunun praktiki tətbiqi istiqamətində öhdəliklərini alqışlayıb. Tərəflər sənəddən irəli gələn hüquqi öhdəliklərin icrası məsələlərini də müzakirə ediblər.

Seçilən
8
publika.az

1Mənbələr