AZ

“Erməniləri yalnız o xilas edə bilər!” Kremlin erməni təbliğatçısı Putini Njdeyə bənzətdi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kremlin təbliğat maşınına xidmət edən tanınmış ermənilərdən biri, “İzvestiya" qəzetinin Direktorlar Şurasının sədri Aram Qabrelyanov, qulluğunda durduğu Rusiya Prezidenti Vladimir Putini faşist Almaniyasına xidmət etmiş məşhur erməni terrorçu Njdeyə bənzədib.

“AzPolitika” xəbər verir ki, Paşinyanın Avropa ilə yaxınlaşma siyasətinin ermənilərin sonunu gətirəcəyini iddia edən Qabrelyanov öz sosial şəbəkə səhifəsində yazıb: “Paşinyan ölkəni dövlətçiliyin və millətin itirilməsinə aparacaq. Bunu təhlil etməyin belə mənası yoxdur. Hər şey üzdədir…

Ermənistan ən çətin dövrlərlə üzləşir; Ukraynadakı vəziyyət hələ də Ermənistan üçün yaxşı seçim kimi görünə bilər…

İndi Ermənistanın nə qədər dərin quyuya düşəcəyi Putindən asılıdır. Əslində, tarix boyu tez-tez baş verdiyi kimi, indi yalnız Rusiya çarından asılıdır ki, Ermənistan mövcud olacaq, ya yox. Vəziyyət elə inkişaf edib ki, Njdenin rolunu yalnız Putin yerinə yetirə bilər, əks halda erməni millətinin məhvi qaçılmazdır”.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, Qaregin Njde Rusiya Federasiyası ərazisində rəsmən nasist, faşist və Hitler ordusunun əməkdaşı kimi tanınb. Bu baxımdan əslində, Putinin Njde ilə eyniləşdirilməsi cinayət məsuliyyəti yaratmalıdır. Lakin Kreml çoxdandır öz içindəki və ətrafındakı nasistləri görməzdən gələrək, onları Ukraynada axtarır...

Yeri gəlmişkən qeyd edək ki, iki gün öncə Kremlin digər erməni təbliğatçısı Marqarita Simonyan Ermənistan hökuməti Volodimir Zelenskini qəbul etdiyi üçün erməniləri satqınlıqda ittiham edib, hətta Kremli dolayısı ilə Ermənistanda “SVO” keçirməyə çağırıb: "Zelenskinin Ukraynaya səfər etməsi dəfələrlə xilas etdiyimiz Ermənistan tərəfindən elə bir nankor addımdır ki, deməyə sözüm qalmır. Artıq Ermənistandakı rus əhalisini və bu ölkədəki maraqlarımızı qorumaq barədə düşünməyin vaxtıdır...".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
azpolitika.info

1Mənbələr