AZ

İsveçdə süni mayalanmanın əhatə dairəsinin genişləndirilməsi təklif olunur

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Stokholm, 7 may, AZƏRTAC

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, “Mötədillər” partiyası ödənişsiz ekstrakorporal mayalanmaya (EKO) çıxışı genişləndirməyi təklif edir.

AZƏRTAC xəbər verir ki, təklif yalnız uşaqsız cütlüklərə deyil, həm də ikinci uşaq sahibi olmaq istəyən ailələrə dövlət tərəfindən maliyyələşdirilən üç cəhdi təmin edəcək. Kristersson bəyan edib: “Düşünürəm ki, bu, bir çox ailənin həyatında mühüm rol oynaya bilər”.

Təşəbbüs “Baş nazirə zəng edin” podkastında elan edilib və partiya üçün kampaniya vədinə çevrilə bilər. Hazırda pulsuz süni mayalanma proseduru yalnız uşaqsız olanlar üçün mümkündür, digərləri isə onun haqqını özləri ödəməlidir. Təklif hakim koalisiya daxilində əvvəllər əldə edilmiş razılaşmalardan kənara çıxır. Baş nazir vurğulayır ki, bu tədbir ölkədə hər qadına təxminən 1,4 uşaq düşən aşağı doğum nisbəti fonunda ailələrə dəstək ola bilər.

Bundan əlavə, partiya 40 yaşdan yuxarı qadınlar üçün yumurtanın dondurulması seçimini də əhatə edən süni mayalanmaya çıxış qaydalarının yenidən nəzərdən keçirilməsini təklif edir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr