AZ

Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə başlayırlar

Almaniyanın paytaxtı Berlində paraüzgüçülərin Dünya Seriyası keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün mübarizəyə başlayır.

Yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edir.

Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında yollanıblar.

Xatırladaq ki, yarış mayın 9-da başa çatacaq.

Seçilən
0
fanat.az

1Mənbələr