Bu gün UEFA Avropa Liqasında finalçıların adları bəlli olacaq.
Fanat.Az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni gündə və saatda start götürəcək.
"Frayburq" Almaniyada Portuqaliya nəhəngi "Braqa"nı qəbul edəcək.
Yarımfinalın digər oyununda isə iki İngiltərə təmsilçisi - "Aston Villa" ilə "Nottinqem Forest" münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 20-də İstanbulda, "Beşiktaş"ın ev sahibliyi etdiyi "Tüpraş" stadionunda keçiriləcək. Həlledici matç yerli vaxtla saat 23:00-da başlayacaq.
UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
7 may
23:00. "Aston Villa" (İngiltərə) – "Nottinqem Forest" (İngiltərə)
(İlk oyun - 0:1)
23:00. "Frayburq" (Almaniya) – "Braqa" (Portuqaliya)
(İlk oyun - 1:2)