AZ

PSJ ardıcıl ikinci il ÇL-də finala çıxdı


Çempionlar Liqasının son qalibi PSJ ardıcıl ikinci il turnirin finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, yarımfinalın ikinci oyununda Fransa təmsilçisi səfərdə “Bayern”lə heç-heçə edib – 1:1.
Üçüncü dəqiqədə Xviça Kvaratsxelianın ötürməsindən sonra Usman Dembele fərqlənib. Almanlar isə əlavə vaxtın dördüncü dəqiqəsində İngiltərə millisinin hücumçusu Harri Keynlə bərabərliyi bərpa ediblər.
Hər iki oyunun nəticəsinə görə (6:5) PSJ finala adlayan tərəf olub.
Xatırladaq ki, 1 həftə əvvəl Parisdə baş tutan görüşdə PSJ 5:4 hesabı ilə qalib gəlmişdi.
Seçilən
10
yeniavaz.com

1Mənbələr