AZ

“Saxalin adası, Fransa, Almaniya...” – Rüfət Nasosnu onları bir-bir tapıb

“Mən emossional adamam. Pis şərh yazan adamı tapmalıyam. İstəyir lap Hindistanda olsun, onu mütləq tapmalıyam".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Xoş sabah” verilişində deyib.

O, sosial şəbəkələrdə ünvanına yazılan mənfi şərhlərin müəllifini mütləq tapdığını açıqlayıb: Dördpendirli pizza

"Məsələn, Saxalin adasından, Fransadan, Almaniyadan yazanları tapmışdım. Pis yazdığı üçün acılamışam, kobud danışmışam. Ona təsir göstərmişəm. Səbəbsiz mənə niyə pis şeylər yazasan axı? Bir var ki, sənə pislik edim, bu başqa. Deyir ki, yazmışam da... Niyə yazasan axı?

Mən pis oxuyuramsa, yaza bilərsən ki, xoşuma gəlmədi. Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur. Mütləq buna adekvat cavab verəcəyəm. Pis rəyi o adama yazarsan ki, dövlət, xalq əleyhinə danışsın, milli atributlarımızı təhqir etsin və ya sənin namusuna qarşı bir söz desin.

Pis oxuyuramsa baxma. Yeri gələndə "bəyənmədim" də yaza bilməzsən. Sən məgər yolda kiminsə geyimini bəyənməyəndə ona deyə bilirsən? Çünki bilirsən ki, sənə cavab verəcək”.


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr