AZ

Zaporojyedə sakin Ukrayna dronunu papaqla vurdu » AzadMedia.az


Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Velikaya Znamenka kənd sakini Nikolay Amatovun Ukrayna Silahlı Qüvvələrinə məxsus dronu papaq ataraq sıradan çıxardığı bildirilir.
Məlumata görə, pilotsuz uçuş aparatı kişinin ardınca uçmağa başlayıb. Amatov isə papağını drona atıb. Papaq dronun pərlərinə ilişdiyi üçün aparat yerə düşərək ondan bir neçə metr aralıda partlayıb.
Rusiya təhlükəsizlik strukturlarındakı mənbə bildirib ki, hərbçilər dronun siqnalını ələ keçirsələr də, idarəetməni tam nəzarətə götürməyə vaxt çatmayıb.
Bundan əvvəl isə Moskva ətrafında keçmiş polis əməkdaşının ov tüfəngi ilə Ukrayna dronunu vurduğu xəbər verilmişdi. Daha sonra həmin şəxs Rusiyanın Dövlət Dumasında mükafatlandırılmışdı.
Eyni zamanda, Rusiya Fövqəladə Hallar Nazirliyi vətəndaşlara dronları özbaşına vurmağa çalışmamağı tövsiyə edib. Nazirlik düşmüş pilotsuz aparatlara yaxınlaşmağın, onlara toxunmağın, həmçinin yaxınlıqda telefon və GPS cihazlarından istifadə etməyin təhlükəli olduğunu vurğulayıb.
Seçilən
27
1
azadmedia.az

2Mənbələr