AZ

Bu ölkədə benzin və dizelin qiyməti BAHALAŞDI

Fransada yanacaq istehlakı aprel ayında illik müqayisədə 11% azalıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Maliyyə Nazirliyindən (Bercy) bildirilib. Məlumata görə, bu, Yaxın Şərqdəki müharibə ilə əlaqəli enerji böhranı fonunda artan qiymətlərin nəticəsidir:

“Benzin və dizel yanacağının qiymətlərinin artması ilə fransızlar həqiqətən səyahətlərini azaltmağa başlayırlar. Çünki mart ayında benzin və dizel yanacağının qiymətləri 2% artıb”.

Məlumat üçün bildirək ki, Fransada benzinin qiyməti Yaxın Şərqdə müharibənin başlanğıcından bəri çərşənbə günü rekord həddə çatıb. “SP95-E10” orta hesabla litri 2,038 avro, “SP98” isə 2,123 avro təşkil edib. Dizel yanacağının qiyməti 1 litri 2,227 avro olmaqla, yüksək səviyyədə qalıb.

Aydın

Seçilən
30
bakivaxti.az

1Mənbələr