AZ

Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Biləsuvar şəhər sakinləri 2003-ci il təvəllüdlü Kənan Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Şahbazov bıçaqlanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
2
far.az

8Mənbələr