FIFA-nın “Neftçi”yə transfer qadağası qoyduğu iddia edilir.
QOL.az xəbər verir ki, bununla bağlı xəbəri Ukrayna mediası FİFA-ya istinadən yayıb.
Cəzasının səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubub hazırkı və ya sabiq futbolçuları/ məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.
“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.
Hələlik “Neftçi” klubu xəbərə dair açıqlama verməyib.