AZ

Yeni vakansiya elan olundu: Futbola bax, 50 min dollar maaş al

Fox Sports dünya çempionatı üçün qeyri-adi vakansiya elan edib.

Musavat.com xəbər verir ki, şirkət turnirin bütün 104 matçını izləyəcək bir futbol azarkeşinə 50 min dollar ödəyəcək.

Seçiləcək şəxs oyunları xüsusi hazırlanmış məkandan izləməli, matçların hər dəqiqəsinə baxmalı, yayım boyu kontent hazırlayıb paylaşmalıdır.

Şirkətdə bildiriblər ki, bu, bazardakı ən yaxşı yay işi olacaq, amma yalnız belə bir ömürlük fürsətin öhdəsindən gələ biləcək fanat üçün nəzərdə tutulub.

Müraciət etmək istəyənlər Indeed platforması üzərindən CV göndərməli və özləri haqqında qısa video təqdim etməlidirlər.

 

Musavat.com

Seçilən
34
8
musavat.com

9Mənbələr