AZ

Almaniya Aİ-də islahatlar üçün altı maddəlik plan hazırlayıb

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında (Aİ) islahatlar aparmaq üçün altı maddəlik plan təqdim edib.

"Report" xəbər verir ki, planda o, Aİ-nin, xüsusən də xarici və təhlükəsizlik siyasəti sahəsində daha effektiv olması üçün genişmiqyaslı islahatlara çağırır.

"Altı çox konkret məqamı vurğulamaq istərdim. Birincisi, Brüsseldə gücləndirilmiş əməkdaşlıq mexanizmindən daha tez-tez istifadə etmək istəyirik. Bu o deməkdir ki, bütün 27 üzv dövlətin birgə irəliləyişinin yaxın gələcəkdə əldə edilə bilmədiyi siyasət sahələrində kiçik bir qrup ölkə olaraq irəliləyəcəyik", - deyə o əlavə edib.

Beləliklə, o, ayrı-ayrı ölkələrin uzunmüddətli blokadalarının qarşısını almaq üçün xarici siyasət məsələlərində yekdillik prinsipini ixtisaslı səs çoxluğu ilə əvəz etməyə çağırıb. Altı islahat təklifi arasında yeni üzvlərin tədricən qəbul edilməsi yolu ilə Avropa Birliyinin genişlənməsinin sürətləndirilməsi də var.

"Əgər biz Avropa Birliyi olaraq bunu təmin edə bilməsək, başqaları təmin edəcək. Sonra digər birliklər yaranacaq", - deyə Almaniya xarici işlər naziri əlavə edib.

Almaniya kansleri Fridrix Merts artıq bu təşəbbüsün lehinə çıxış edib.

Seçilən
58
far.az

1Mənbələr