AZ

“Xiaomi” Alman avtomobil nəhənglərini silkələdi – BMW və Porsche mühəndisləri Çinə keçir

“Xiaomi” şirkəti avtomobil bölməsi üçün BMW, Porsche və Mercedes-AMG kimi məşhur markalarda çalışmış mühəndis və dizaynerləri heyətinə cəlb edib.

Musavat.com xəbər verir ki, Çin şirkətinə keçən mütəxəssislər əvvəllər Porsche GT3 RS, BMW M4 GT3, Mercedes Vision GT və BMW i8 kimi məşhur modellərin hazırlanmasında iştirak ediblər.

Məlumata görə, yeni komandada elektromobil platformaları, mühərrik sistemləri, interyer dizaynı və idman avtomobilləri üzrə ixtisaslaşmış mütəxəssislər yer alır. Onların əksəriyyəti BMW, Mercedes-AMG, Porsche və Skoda kimi şirkətlərdən transfer olunub.

Bildirilir ki, Çin avtomobil sənayesi artıq yalnız xarici modelləri təkrarlamaq mərhələsini geridə qoyub. İndi Çin şirkətləri həmin avtomobilləri yaradan mühəndisləri və texnologiya mütəxəssislərini öz sıralarına qatır.

Bu proses Avropa avtomobil sənayesində bazar payının azalması və kütləvi ixtisar dalğası fonunda baş verir. Almaniyanın əsas avtomobil korporasiyalarında minlərlə iş yerinin ixtisar edildiyi bildirilir.

 

Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr