AZ

Məhkəmə Sarkozi ilə bağlı qərar verdi

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə seçki kampaniyası xərcləri ilə bağlı iş üzrə cəzanın icrası qaydasında güzəşt edilib.

Musavat.com xəbər verir ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi şərti vaxtından əvvəl azadlığa buraxılıb.

Məhkəmə keçmiş prezidentin cəzanın icra qaydasının yüngülləşdirilməsi ilə bağlı müraciətini təmin edib.

Beləliklə, Sarkozi bu iş üzrə altı aylıq real cəzanı elektron qolbaqla çəkməyəcək.

Qeyd olunur ki, söhbət 2012-ci il prezident seçkiləri kampaniyası zamanı xərclərin qanunla müəyyən edilmiş həddi aşması ilə bağlı işdən gedir.

 

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr