AZ

Xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan şagird RFO-da qızıl medal qazandı


Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Emin Mustafazadə Respublika Fənn Olimpiadasında qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri məlumat yayıb.
Bildirilib ki, Kimya və biologiya təmayüllü Respublika Liseyinin şagirdi Emin Mustafazadə ardıcıl 2 il, 7-ci və 8-ci siniflərdə oxuyarkən Respublika Fənn Olimpiadalarının qızıl medalçısı olub. Sonra o xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb. Xəstəliyə qalib gələn şagird, bu il 9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr