AZ

Sarkozi azadlığa buraxıldı

BAKI, 6 may. TELEQRAF

Fransanın keçmiş prezidenti Nikola Sarkozi şərti azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə RTL radiostansiyası Paris Apelyasiya Məhkəməsinə istinadən məlumat yayıb.

Məhkəmə Sarkozinin cəzasının yüngülləşdirilməsi ilə bağlı tələbini təmin edib. Nəticədə, keçmiş prezident altı aylıq cəzadan sonraelektron qolbağı taxmaq məcburiyyətində qalmayacaq.

Sarkozinin işi mətbuatda "Bygmalion" adlandırılır. Bu da onun 2012-ci il seçki kampaniyasına xidmət edən PR agentliyinin adından irəli gəlir.

İstintaq 2014-cü ilin fevral ayında, həftəlik "Le Point" qəzetinin 2012-ci ildə "Bygmalion" şirkətinin ikinci prezidentlik müddətinə namizədliyini irəli sürən Sarkozinin seçki kampaniyasına göstərilən xidmətlərin dəyərini əhəmiyyətli dərəcədə şişirtdiyini göstərən məlumat dərc etməsi ilə başlayıb. İstintaqa görə, pozuntuları gizlətmək üçün Sarkozinin seçki kampaniyası və "Bygmalion" saxta fakturalardan istifadə edib - agentlik onları seçki kampaniyası komandasına deyil, seçkilərlə əlaqəsi olmayan partiya mitinqləri və qurultayları keçirdiyinə görə Xalq Hərəkatı Uğrunda Birlik partiyasına verib.

Müstəntiqlər iddia edirdilər ki, Sarkozi kampaniyası üçün qanuni limitdən iki dəfə çox - 42,8 milyon avro toplayıb. 16 fevral 2016-cı ildə keçmiş prezident kampaniyanın maliyyələşdirilməsi qaydalarını qəsdən aşmaqda ittiham olunub. 2024-cü ilin fevral ayında Paris Apelyasiya Məhkəməsi Sarkozini 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahkar bilmiş və onu bir il həbs cəzasına məhkum edib. Cəzanın altı ayı çəkilib və altı ayı təxirə salınıb.

Seçilən
20
6
teleqraf.com

9Mənbələr