AZ

Dünya çempionatının əsas tamaşaçısı axtarılır - 50 min dollar maaş

style='margin-bottom:10px;'>

DÇ-2026 üçün maraqlı vakansiya elan olunub.

QOL.az xəbər verir ki, "Fox" və "Indeed" platforması "Dünya çempionatının əsas tamaşaçısı" vəzifəsi üçün namizəd axtarır. Seçiləcək şəxsə 50 min dollar maaş veriləcək.

Bildirilir ki, bu işə qəbul olunan şəxs turnirdəki bütün 104 oyunu izləməli, müxtəlif kontentlər hazırlamalı və "Times Square"də keçiriləcək tədbirlərdə iştirak etməlidir.

Qeyd edək ki, qrup mərhələsinin son turunda oyunlar eyni vaxtda keçirildiyi üçün namizəd bir neçə matçı paralel izləməli olacaq.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. 

Seçilən
27
8
teleqraf.com

9Mənbələr