AZ

Papa nömrəsini dəyişdirmək üçün banka zəng etdi − İşçi dəstəyi asdı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika bankının müştəri xidmətləri nümayəndəsi Papa XIV Leonun üzünə dəstəyi asıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti illərdir Papaya yaxın olan İllinoys keşişi Tom Makkartiyə istinadən məlumat yayıb.

Makkartinin sözlərinə görə, söhbət XIV Leonun taxta çıxmasından təxminən iki ay sonra baş verib. Papa telefon nömrəsi və ünvanındakı dəyişiklik barədə məlumat vermək üçün Amerika bankına zəng edib. O, özünü Robert Prevost kimi təqdim edib.

Pontifik təhlükəsizlik suallarını düzgün cavablandırıb, lakin bank işçisi ona bunun kifayət olmadığını - bankın filialına şəxsən gəlməli olduğunu deyib.

“Mən bunu edə bilmərəm. Bütün təhlükəsizlik suallarını cavablandırdım axı”, - o bildirib.

Papa filiala niyə gələ bilmədiyini izah etməyə çalışıb:

“Papa Leo olduğumu desəm, qərarınızı dəyişərsiz?”

Bank işçisi dəstəyi asıb. Bütün bunların necə bitdiyi və Papanın əlaqə məlumatlarını uzaqdan dəyişdirə bilib-bilmədiyi bəlli deyil.

Xatırladaq ki, Leo XIV əvvəlki papa Fransiskin ölümündən qısa müddət sonra, 2025-ci ilin may ayında papa seçildi. O, tarixdə ABŞ-dən olan ilk papa olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
yeniavaz.com

3Mənbələr