AZ

Gec yeməyin təhlükələri hansılardır?


Gec saatlarda yemək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ABC”yə diyetoloq Luis Millares danışıb.
Mütəxəssisin sözlərinə görə, müntəzəm olaraq gec yemək qanın qlükoza səviyyəsində və lipid metabolizmasında balanssızlığa səbəb ola bilər. Uzunmüddətli perspektivdə bu vərdiş piylənməyə gətirib çıxara bilər. O, həmçinin qeyd edib ki, yatmazdan iki saat əvvəl yemək yeyən insanlarda diabet xəstəliyinə tutulma riski 50% artır.
“Sağlamlığınızı yaxşılaşdırmaq istəyirsinizsə, biologiyanıza hörmət edin, şam yeməyini erkən yeməyə başlayın və ekranlardan gələn mavi işığa məruz qalmayın”, - məlumatda deyilir.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr