AZ

Maqomed Ramazanov Dağıstan hökumətinin müvəqqəti sədri təyin edildi


Dağıstan Respublikasının müvəqqəti rəhbəri Fyodor Şukin respublika hökumətini istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə regional hökumət Telegram kanalında məlumat yayıb.
Fərmana uyğun olaraq, Maqomed Ramazanov regional hökumətin müvəqqəti sədri təyin edilib.
“Maqomed Ramazanov Dağıstan Respublikası hökumətinin müvəqqəti sədri təyin edilib. O, əvvəllər Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsinin müavini vəzifəsində çalışıb. Dağıstan Respublikası hökumətinə yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam etmək tapşırılıb”, - bəyanatda bildirilir.
Seçilən
10
2
yeniavaz.com

3Mənbələr