AZ

3D printerlə insan gözü üçün buynuz qişa hazırlanıb Uğurla dovşana köçürülüb

Saglamolun saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreyada alimlər 3D çap texnologiyası ilə şəffaf və biouyğun süni buynuz qişa (kornea) hazırlayıb.

Layihə Pohang Elm və Texnologiya Universiteti (POSTECH) tədqiqatçıları tərəfindən həyata keçirilib.

Tədqiqatın nəticələri “Biofabrication” elmi jurnalında dərc olunub.Buynuz qişa gözün ön hissəsini qoruyan və görmə üçün vacib rol oynayan nazik təbəqədir.

Onun zədələnməsi ciddi görmə itkisinə səbəb olur və hazırda əsas müalicə üsulu transplantasiyadır.

Lakin Cənubi Koreyada buynuz qişa transplantasiyası üçün orta gözləmə müddəti təxminən 6 il təşkil edir. Tədqiqatçılar hüceyrədənkənar matriks və kök hüceyrələri birləşdirərək xüsusi canlı hüceyrələr hazırlayıb və onu 3D printer vasitəsilə çap edib.

Çap zamanı yaranan mexaniki gərginlik liflərin düzgün düzülməsinə imkan yaradaraq şəffaf kolagen şəbəkə strukturu formalaşdırıb.Eksperiment zamanı süni buynuz qişa dovşan gözünə köçürülüb və 4 həftə ərzində insan buynuz qişasına bənzər şəffaflıq əldə edib.

Alimlərin sözlərinə görə, bu texnologiya gələcəkdə kornea transplantasiyası gözləyən milyonlarla insana ümid verə bilər.

Saglamolun.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
saglamolun.az

1Mənbələr