ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Qida təhlükəsizliyi ilə bağlı aparılan monitorinqlər istehlak bazarında müxtəlif məhsullarla yanaşı, kürü məhsullarına da diqqətin artırıldığını göstərir. Xüsusilə saxta kürü məhsullarının dövriyyəsi istehlakçıların aldadılması riskini gündəmə gətirir. Bu cür məhsulların bazarda mövcudluğu onların təbii kürü ilə qarışdırılması ehtimalını artırır. Bu baxımdan istehlakçıların məlumatlı olması xüsusi əhəmiyyət kəsb edir.Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov Demokrat.az-a bildirib ki, saxta kürü və təbii kürü məsələsi dövrümüzün hər zaman aktual mövzularından biridir:"Onları bir-birindən ayırmaq isə müəyyən meyarlarla mümkündür. Birinci meyar qiymət faktorudur. Təbii kürü, xüsusilə nərə balıqlarının kürüsü, yəni asetrin, ağ balıq və digər növlərin kürüsü yüksək qiymətlə təklif olunur. Bu balıqların nəsli artıq azalmaq üzrə olduğundan, onların kürüsünə rast gəlmək də çətinləşib.İlkin Şirinov qeyd edib ki, dad və qoxu saxtakarlığı üzə çıxaran əsas amillərdəndir. Təbii kürü daha zərif dada malik olur, ondan yüngül dəniz və yosun qoxusu gəlir. Süni məhsullarda isə bu təbii qoxular olmur, dadı daha sərt və süni hiss edilir."Dad və struktur baxımından da ciddi fərqlər mövcuddur. Təbii kürünün dənələri eyni formada olmur, rəngi isə çox parlaq deyil. Əl ilə sıxıldıqda dənələr partlayır. Süni kürü isə partlamır, əksinə əzilir və jelatinə bənzər yapışqan hal alır".Ekspert deyib ki, dad baxımından təbii kürü daha zərif olur, saxta kürüdə isə daha süni və sərt bir hiss olunur:"Təbii kürüdə bəzən dəniz və yosun qoxusu hiss oluna bilər, saxta kürüdə isə bu qoxular olmur. Digər mühüm məqam qablaşdırmadır. Təbii kürüdə mütləq hansı balıq növündən olduğu göstərilməlidir. Məsələn, qızıl balıq növləri olan forel, losos, qarbuşa kimi adlar qeyd olunur. Saxta kürüdə isə çox vaxt “proteinli kürü məhsulu” kimi ümumi və qeyri-dəqiq ifadələr istifadə edilir",- deyə o qeyd edib.Yəni, kürü alarkən onun qiymətinin şübhəli dərəcədə ucuz olmamasına, qabın üzərində konkret balıq adının yazılmasına və dənəciklərin sıxıldıqda asanlıqla partlamasına diqqət etmək lazımdır.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.