Türkiyəli aktrisa Pelin Karahan bir zamanlar böyük izləyici kütləsinə sahib olan "Kavak Yelleri" serialında çəkildiyi çətin səhnə ilə bağlı açıqlama verib.
Sonxeber.az türk mediasına istyinadən xəbər verir ki, aktrisa bildirib ki, "basdırılma" səhnəsinin çəkilişindən sonra panik atak keçirib və həmin hadisənin təsirindən çıxmaq üçün terapiyaya müraciət edib.
O bildirib ki, bir səhnə çəkilişi zamanı "diri-diri torpağa basdırılma" epizodu onun üçün çox ağır keçib.