Bakı, 6 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, cari ay üzrə növbəti nəqliyyat hərracları 12, 19 və 26 may tarixlərində keçiriləcək. Bu hərraclara 3 səhmdar cəmiyyətinin səhm paketi, 84 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb.