AZ

Pedaqoji Universitetin Şəki filialında WUF13 lə bağlı infosessiya

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki filialının direktoru dosent Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda tədbirin əhəmiyyəti, müasir şəhərsalma yanaşmaları və bu sahədə beynəlxalq əməkdaşlığın rolu diqqətə çatdırılıb.

Bildirilib ki, müasir şəhərsalma konsepsiyaları məşğulluğun artırılmasına, mobilliyin yaxşılaşdırılmasına və şəhər imkanlarına çıxışın genişlənməsinə mühüm təsir göstərir. Eyni zamanda, şəhər infrastrukturunun inkişafı və tikinti layihələri yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Tədbirdə qeyd olunub ki, mayın 17-22-də Bakıda keçiriləcək WUF13 hər kəs üçün açıqdır.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
azertag.az

1Mənbələr