Tbilisi, 6 may, AZƏRTAC
Gələn həftə Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şura iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Patriarxal Taxt-tacın hazırkı rəhbəri, Senaki və Çxorotsku Şio (Muciri) mitropoliti Kaşueti Kafedralında moizə oxuyarkən bildirib.
Onun sözlərinə görə, gələn həftə yeni Katolikos-Patriarxın seçiləcəyi genişləndirilmiş kilsə şurası keçiriləcək.
Şurada Gürcüstanın yeni Katolikos-Patriarxı seçiləcək.
Qeyd edək ki, Sinodun aprelin 28-də keçirilən iclasında Patriarxlığa üç namizəd müəyyən edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi