AZ

"Şəfa" bu gün istəyinə çatsa, futbolçulara çempionluq mükafatı paylanacaq - MƏBLƏĞ

1-ci Liqanın lideri "Şəfa" bu gün Buzovna qəsəbə stadionunda autsayder "Difai"ni məğlub edəcəyi halda, sona 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi istəyinə çatacağı təqdirdə, futbolçularına stadionda çempionluq mükafatı paylanacaq.

Mükafatın ümumi məbləği isə 40 min manatdır. 

Bu, ötən yaz elitaya qayıdan "Qəbələ" və 2024-cü ilin mayında eyni nəticəyə imza atan "Şamaxı"nın oyunçularına ödənilən məbləğlə müqayisədə olduqca azdır. Belə ki, "Şamaxı"nın hər oyunçusu təxminən 5 min manat, "qırmızı-qaralar"ın futbolçuları isə 5-8 min aralığında gəlir əldə etmişdi.

Xatırladaq ki, hazırda ən yaxın təqibçisi "Səbail"i 7 xal qabaqlayan "Şəfa"ya 34 yaşlı mütəxəssis Elgiz Kərəmli rəhbərlik edir. Komanda cari mövsüm cəmi 1 dəfə məğlub olub.

Toğrul

Seçilən
20
50
fanat.az

10Mənbələr