AZ

"Yelo Bank" həm likvidlik, həm kapital adekvatlılığı nöqteyi-nəzərdən dayanıqlıdır - Taleh Kazımov

"Yelo Bank" ASC həm likvidlik, həm kapital adekvatlılığı nöqteyi-nəzərdən dayanıqlıdır

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında "Yelo Bank" ASC Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində adının yer alması ilə bağlı sualı cavablandıran zaman məlumat verib:

"Azərbaycan Mərkəzi Bankı (AMB) "Yelo Bank" ASC-nin Avropa İttifaqının (Aİ) sanksiyasına məruz qalmasına dair instansiyalara müraciət edib. Biz bankla daim konktaktdayıq. Burada hər hansısa bir problem görmürük. Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm kapital adekvatlılığı nöqteyi-nəzərdən bank dayanıqlıdır. Yəni bizim bankla bağlı hər hansı mənfi gözləntilərimiz yoxdur.

Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyalar, ola bilsin ki, ödənişlərdə hansısa çətinliklərə səbəb olar. Səbəbləri araşdırdıqda sözsüz ki, biz həm sözügedən bank, həm də Mərkəzi Bank birgə və ayrılıqda müvafiq instansiyalara müraciət edirik. Bu davam edəcək. Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı öz qərarını dəyişdirəcək. Çünki hər hansısa bir səbəb yoxdur. Bank həm beynəlxalq standartlara, həm ölkənin daxili qanunlarına uyğun fəaliyyət göstərir. Yəqin ki, Aİ-nin qərarında hansısa bir anlaşılmazlıq var".

Seçilən
4
2
fed.az

3Mənbələr