AZ

İran Hörmüz boğazında yeni tranzit sistemi tətbiq edəcək

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boğazdan keçməyi planlaşdıran bütün gəmilər İran hakimiyyətinə rəsmi olaraq məlumat verməlidirlər

İran ABŞ-ın "Azadlıq layihəsi" təşəbbüsünü başlatmasından sonra Hörmüz boğazından gəmilər üçün yeni tranzit mexanizminin tətbiq olunacağını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın hökumətyönlü televiziya kanalı “Press TV” məlumat yayıb.

Tehranın elan etdiyi yeni sistemə görə, boğazdan keçməyi planlaşdıran bütün gəmilər İran hakimiyyətinə rəsmi olaraq məlumat verməlidirlər. Daha sonra onlar tranzit qaydaları və tələblərini əks etdirən elektron poçt alacaqlar.

Qeyd olunub ki, gəmilərdən Hörmüz boğazından keçməzdən əvvəl bu tələblərə əməl etmələri və icazə almaları tələb olunur.

Daha əvvəl İran hərbi komandanlığı Hörmüz boğazına yaxınlaşan Amerika gəmilərinə hücum etməklə hədələmişdi. Bu təhdid ABŞ Prezidenti Donald Trampın boğazda ilişib qalan gəmiləri azad etmək üçün 4 mayda "Azadlıq layihəsi" əməliyyatını elan etməsindən sonra gəlib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq layihəsi” çərçivəsində Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün esminetslərin, 100-dən çox təyyarənin və 15.000 əsgərin yerləşdiriləcəyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
ayna.az

1Mənbələr