AZ

“Selfie çəkərkən” qanunu poza bilərsiniz Açıqlama

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aydın məsələdir ki, insanlar maraqlı və fərqli məkanlarda şəkil çəkməyi, xüsusilə “selfie” etməyi sevir. Sosial şəbəkələrin yayılması ilə bu vərdiş daha da artıb. Lakin bəzən belə sadə görünən davranış hüquqi problemlərə səbəb ola bilər.

Maraqlıdır, harada şəkil çəkmək qadağandır və bu hansı hallarda məsuliyyət yaradır?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərov bildirib ki, hər bir ərazidə sərbəst çəkiliş aparmaq hüquqi baxımdan düzgün yanaşma deyil.

Onun sözlərinə görə, bəzi obyektlərdə və ərazilərdə çəkiliş yalnız xüsusi icazə ilə mümkündür və bu qaydaların pozulması qanun pozuntusu hesab olunur.

“Xüsusilə strateji əhəmiyyətli obyektlərdə, dövlət qurumlarının ərazilərində, hərbi hissələrdə, hava limanlarında və mühafizə olunan digər zonalarda icazəsiz foto və video çəkilişi qadağandır. Bu cür hallarda inzibati, bəzi hallarda isə daha ağır hüquqi məsuliyyət yarana bilər”, – deyə hüquqşünas qeyd edib.

O bildirib ki, məsələ yalnız dövlət obyektləri ilə məhdudlaşmır. Şəxsi mülkiyyətə daxil olan ərazilərdə də sahibin razılığı olmadan çəkiliş aparmaq problem yarada bilər.

“Əgər vətəndaş özəl əraziyə daxil olaraq və ya oradan görüntü paylaşaraq mülkiyyət sahibinin hüquqlarını pozarsa, bu da hüquqi məsuliyyətə səbəb ola bilər. Xüsusilə kommersiya məqsədli çəkilişlərdə bu məsələ daha ciddi qiymətləndirilir”, – deyə o vurğulayıb.

Hüquqşünas əlavə edib ki, digər şəxslərin görüntülərinin onların razılığı olmadan çəkilməsi və paylaşılması da hüquq pozuntusu hesab oluna bilər.

“Şəxsi həyatın toxunulmazlığı qanunla qorunur. Kimsənin icazəsi olmadan onun fotosunun çəkilməsi və xüsusilə sosial şəbəkələrdə yayılması mübahisə və hüquqi məsuliyyət yarada bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, bəzi hallarda çəkilişin məqsədi də hüquqi qiymətləndirməyə təsir edir.

“Əgər çəkiliş təhlükəsizlik qaydalarını pozursa, ictimai asayişə mane olur və ya digər şəxslərin hüquqlarına zərər yetirirsə, bu, artıq daha ciddi hüquqi nəticələrə gətirib çıxara bilər”, – deyə hüquqşünas həmçinin qeyd edib.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
icma.az

1Mənbələr