AZ

Diqqətsizlik edən sürücü keçidi keçən piyadaya yol vermədi VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 01-CZ-496 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü keçiddə hərəkətə başlayan piyadanı görsə də dayanmadan hərəkətinə davam edib. O, hərəkət zamanı diqqətsizlik etdiyi üçün piyadanın keçidə daxil olduğunu son anda görüb.

Hər bir sürücü keçidə yaxınlaşan zaman müəyyən qədər sürətini azaltmalı və keçiddə piyadanın olmadığına əmin olduqdan sonra hərəkətinə davam etməlidir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr