AZ

Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb.

Marja.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.

Laboratoriyada göstərilən xidmətlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalçıları, istehsalçıları və istehlakçılarının hüquqlarının qorunmasına, habelə dövlət maraqlarının müdafiəsinə xidmət edir.

İstehsalçılar, idxalçılar, satıcılar, istehlakçılar və digər maraqlı tərəflər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatların qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün Agentliyin tabeliyindəki İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 271

Tel: (+994 12) 493 47 83 (3189); Mobil: (+994 50) 340 61 31

E-poçt: [email protected]

Rəsmi internet səhifəsi: www.ekspertiza.az

Qeyd edək ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni laboratoriyaların qurulması sahəsində Agentlik tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyiİstehlak Mallarının Ekspertizası Mərkəziqiymətli metallar əyarlanmasıqiymətli daşlar damğalanmasızərgərlik məmulatları ekspertizasıdövlət əyar nəzarəti Azərbaycanlabaratoriya xidmətləri zərgərlikməişət məmulatları ekspertizaBakı zərgərlik laboratoriyasıqiymətli metal yoxlanmasıistehlakçı hüquqlarının qorunması Azərbaycanidxalçı və istehsalçı nəzarətizərgərlik məmulatlarının damğalanmasıekspertiza və diaqnostika xidmətləriYasamal laboratoriya ünvanıekspertiza.azAzərbaycan zərgərlik nəzarət sistemiqiymətli metallar qanunvericiliyiBakı laboratoriya xidmətləriistehlak bazarına nəzarət agentliyi Azərbaycan
Seçilən
14
6
marja.az

7Mənbələr