AZ

Şirinləşdirilməmiş suların istehsalı artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 7322,3 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 30,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə mart ayında 2730,8 min dkl şirinləşdirilməmiş sular istehsal olunub və bu da fevral ayının müvafiq göstəricisini 18,95 faiz üstələyir.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 1004,9 min dkl təşkil edib.

Öz növbəsində şirinləşdirilmiş suların istehsalında da artım var. Belə ki, bu ilin birinci rübündə 9569,0 min dkl məhsul istehsal edilib ki, bu da ötən ilin birinci rübüylə müqayisədə 5,9 faiz artım deməkdir.

Seçilən
0
50
vergiler.az

10Mənbələr