Gün ərzində yorğunluqdan şikayət edənlər üçün təbiətin təqdim etdiyi bəzi məhsullar əsl enerji mənbəyi rolunu oynayır. Hər gün müntəzəm olaraq istifadə edilən cəmi bir qaşıq təbii qida orqanizmin müqavimətini artıraraq gümrahlıq bəxş edir.
Xəbər verilir ki, mütəxəssislər gün boyu yüksək performans və diqqət toplamaq üçün 10 xüsusi qidanı tövsiyə edirlər. Siyahıda ilk sıralarda yer alan bal təbii şəkər qaynağı kimi sürətli enerji təmin edir. Eyni zamanda immun sistemini gücləndirməyə kömək edir. Dəmir elementi ilə zəngin olan keçiboynuzu doşabı isə xüsusilə səhər yorğunluğunu aradan qaldırmaq üçün ideal vasitədir.
Daimi toxluq və enerji istəyənlər üçün çia toxumu və tahin ön plana çıxır. Çia tərkibindəki Omega-3 sayəsində uzun müddət toxluq hissi yaradır. Sağlam yağlarla zəngin olan tahin isə bədənə gün boyu davam edən güc verir. Qan azlığı və halsızlıqdan əziyyət çəkənlər üçün ənənəvi doşab növləri əvəzolunmazdır.
Zehni fəaliyyəti artırmaq və immun sistemini qorumaq üçün kokos yağı ilə arı südü məsləhət görülür. Kokos yağı sürətli enerjiyə çevrilərək beyin performansını dəstəkləyir. Vitamin deposu olan arı südü isə bədənin müdafiə mexanizmini möhkəmləndirir.
Siyahıda həmçinin antioksidant təsirli sarıkök, həzm sistemini tənzimləyən alma sirkəsi və yüksək proteinli spirulina da yer alır. Bu qidaların kiçik miqdarda, lakin davamlı istifadəsi bədəndəki iltihab prosesləri ilə mübarizə aparır və qan şəkərini balansda saxlayır.
Yəni, gün ərzində özünüzü gümrah hiss etmək üçün bahalı preparatlara deyil, mətbəxinizdəki bu təbii və faydalı məhsullara üstünlük verə bilərsiniz.
İsmayıl
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta