AZ

Partlayışda xəsarət alan həkim Asif NəsirovÖLDÜ

Səhiyyə Nazirliyinin  Milli Onkologiya Mərkəzində baş verən partlayış  nəticəsində yaralanan Mərkəzin həkim-radioloqu Asif Nəsirov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial media hesablarında paylaşım edilib.

"Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, aprelin 30-da saat 14 radələrində Milli Onkologiya Mərkəzinidə parlayış baş verib. Onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyev partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirlini ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seçilən
62
50
redaktor.az

10Mənbələr