AZ

Gənc aktrisa faciəvi şəkildə həlak oldu

Moskvada gənc aktrisa Kseniya Dobromilova faciəvi şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Mash" nəşri məlumat yayıb.

Bildiirlib ki, onu Bolşaya Doroqomilovskaya küçəsində motosikletçi vurub.

Mənbənin məlumatına görə, gənc qadın baykerlərin yürüşünü fotokameraya çəkirmiş. Bu zaman onlardan biri motosikleti arxa təkər üstünə qaldırıb, idarəetməni itirərək qadını vurub. Hadisə yerinə təcili yardım çağırılıb, gələn həkimlər çoxsaylı sınıqlar qeydə alaraq onu reanimasiya etməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.

"SHOT" Telegram kanalının məlumatına görə, motosikletin sürücüsü saxlanılıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Seçilən
19
5
publika.az

9Mənbələr