Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub. Komandamız yarışlarda Boris Qrebennikovun rəhbərliyi ilə iştirak edəcək. Müxtəlif ölkələrdə fəaliyyət göstərmiş 67 yaşlı təcrübəli mütəxəssis həm klub, həm də milli komanda səviyyəsində bir sıra nailiyyətlər qazanıb.

Boris Qrebennikovun məşqçi karyerası:

Fransa

   2005-2014 – “Rennes Volley 35”

   Nailiyyətlər:

   Fransa Kubokunun qalibi

   Fransa liqasında “İlin məşqçisi”

Rusiya

   2014-2015 – “Gazprom-Yugra Surgut”

   2015-2017 – “Ural Ufa”

Tunis

   2017-2018 – “Étoile du Sahel”

   Nailiyyətlər:

   Tunis çempionu

   Tunis Kuboku və Superkubokunun qalibi

Səudiyyə Ərəbistanı

   2018-2019 - “Al-Nassr”

   Nailiyyətlər:

   Səudiyyə Ərəbistanı çempionu

Qazaxıstan

   2020-2023 – Kişilərdən ibarət milli komandanın baş məşqçisi

Azərbaycan

   2023-2024, 2024-2025, 2025-2026 – “AZERRAIL”

   Nailiyyətlər:

   İki dəfə Azərbaycan çempionu

   Ölkə Kubokunda gümüş medal